AZ

Merkel: “Tramp dövründə ABŞ Avropa institutlarına qarşı müharibə elan edib”

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Almaniyanın sabiq kansleri Angela Merkel (2005–2021-ci illərdə vəzifədə olub) hesab edir ki, ABŞ prezident Donald Tramp dönəmində Avropa İttifaqı institutlarına qarşı müharibə elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə keçmiş kansler Almaniyanın WDR tele-radio şirkəti tərəfindən təşkil olunan forumda bildirib.

“Fakt budur ki, ABŞ hazırkı administrasiya dövründə bir təhlükəsizlik strategiyası hazırlayıb ki, bu da prinsip etibarilə çoxtərəfli münasibətlər sisteminə və bütün çoxtərəfli institutlara—yəni Avropa İttifaqına, yaxud ən azından Aİ institutlarına—qarşı müharibə elan etməyi nəzərdə tutur”, – deyə qeyd edib. Merkelin fikrincə, Vaşinqton “açıq-aydın olaraq, Aİ-nin üzv milli ölkələrini deyil, Avropa institutlarını zəiflətməyə çalışır”.

“Burada maraqlarımız ciddi şəkildə üst-üstə düşmür”, – deyə Merkel vurğulayıb. “ABŞ-la münasibətlərimizdə bu, tarixdə ilk dəfədir ki, belə səviyyədə ziddiyyət yaranıb”, – deyə əlavə edib.

Sabiq kansler həmçinin bildirib ki, Trampın İrana qarşı ultimatumla bağlı “İran sivilizasiyası bunu qəbul etməsə, məhv ola bilər” sözlərini o, “təəssüflə” qarşılayıb. O qeyd edib ki, belə planlar beynəlxalq hüquqa açıq-aydın ziddir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
bizimyol.info

1Mənbələr