AZ

Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq

Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinət verilir.

Musavat.com xəbər verir ki, müavinət cəzaçəkmə müəssisəsi tərəfindən təqdim olunan arayış və ya şəxsin bəraətverici əsaslarla cinayət məsuliyyətindən, yaxud cəzanın qalan hissəsini çəkməkdən azad edilməsi barədə məhkəmə qərarı əsasında ödənilir.

Belə ki, birdəfəlik müavinət minimum aylıq əməkhaqqının 4 misli məbləğindədir. Yəni, 2026-cı il üçün minimum aylıq əməkhaqqı 400 manat müəyyən edildiyinə görə, həmin şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği 1600 manat təşkil edir.

Seçilən
6
2
musavat.com

3Mənbələr