AZ

Barselona Levandovskini 20 yaşlı braziliyalı ilə əvəzləyə bilər

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Donetsk "Şaxtyor"unun 20 yaşlı hücumçusu Kauan Elias karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Məlumata görə, braziliyalı futbolçunun xidmətində "Barselona" və "Qalatasaray" maraqlıdır. Mənbə sözügedən forvardın Kataloniya klubu ilə vidalaşan Robert Levandovskini əvəzləmək ehtimalının yetərincə real olduğunu vuröulayıb.

Cari mövsüm Arda Turanın çalışdırdığı "Şaxtyor"un heyətində bütün turnirlərdə 36 matça çıxan Elias 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı cənubi amerikalının transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
fanat.az

2Mənbələr