AZ

Hamiləlikdəki bu problem uşağın gələcəyini məhv edə bilər

Hamiləlik zamanı yaranan bəzi ağırlaşmalar uşaqlarda gələcəkdə ürək-damar xəstəliklərinin riskini artıra bilər.

Publika.az xəbər verir ki, Şimal-Qərb Universitetinin alimləri bu nəticəyə gəliblər.

Araşdırma çərçivəsində alimlər 20 ildən artıq müddətdə 1300 ana-uşaq cütlüyünü müşahidə ediblər. Tədqiqat zamanı hamiləlik dövründə rast gəlinən üç geniş yayılmış problem - yüksək qan təzyiqi, gestasion diabet və vaxtından əvvəl doğuşun uşaqların gələcək sağlamlığına təsiri araşdırılıb.

Uşaqların 22 yaşı tamam olduqda onların arterial təzyiqi, qanda şəkərin səviyyəsi və damarlarının vəziyyəti qiymətləndirilib.

Ən ciddi fəsad analarında preeklampsiya da daxil olmaqla hipertoniya pozuntuları müşahidə edilən şəxslərdə aşkarlanıb. Bu insanlarda bədən kütlə indeksinin yüksək olduğu, diastolik təzyiqin artdığı və qlükoza nəzarətində problemlərin yarandığı müəyyən edilib.

Seçilən
7
publika.az

1Mənbələr