AZ

Ukrayna Baş nazirinin müavini: “Qarabağdakı yenidənqurma bizim üçün çox dəyərli modeldir”

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mən çox şadam ki, biz bu gün Azərbaycan pavilyonunda, Şuşanın və bütövlükdə Qarabağın, Şərqi Zəngəzurun bərpasına həsr olunmuş bu stenddəyik”.Bizim.Media xəbər verir ki, bu sözləri WUF13-də iştirak edən Ukrayna Baş nazirinin yenidənqurma üzrə müavini və icmalar və ərazilərin inkişafı naziri Aleksey Kuleba jurnalistlərə açıqlamasında bildirib.“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası təcrübəsi bu gün bütün dünya üçün çox mühüm örnəkdir. İlk növbədə, ona görə ki, bərpa işləri "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyaları əsasında, yaşıl enerji zonası konsepsiyası əsasında həyata keçirilir.

 

Yəni, sıfırdan müasir, ekoloji, dayanıqlı və insan üçün rahat olan bir infrastruktur qurulur. ​İkincisi isə, bu bərpa prosesi çox böyük sürətlə aparılır. Biz görürük ki, cəmi bir neçə il ərzində Füzulidə, Zəngilanda müasir hava limanları tikilib, yollar salınıb, Şuşada böyük bərpa işləri görülüb, insanlar artıq öz doğma yurdlarına, məsələn, Ağalı kəndinə, Talış kəndinə, Laçına, Füzuliyə qayıdırlar. Bu, "Böyük Qayıdış" proqramının uğurla icra olunduğunu göstərir.

​Ukrayna üçün də bu təcrübə çox maraqlıdır. Çünki Ukrayna da gələcəkdə öz dağıdılmış şəhər və kəndlərini bərpa etməli olacaq və Azərbaycanın bu modern, texnoloji bərpa yanaşması bizlər üçün, eləcə də münaqişələrdən zərər çəkmiş digər ölkələr üçün çox dəyərli bir modeldir”.Tehran Orucoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
12
bizim.media

10Mənbələr