AZ

Esvatini kralı: “Bakı zəngin tarixi irsi, innovasiya və tərəqqini uğurla birləşdirən unikal şəhər nümunəsidir“

Moderator.az saytına istinadən ain.az xəbər verir.

"Bakı zəngin tarixi irsi qorumaqla yanaşı, innovasiya və tərəqqini uğurla birləşdirən unikal şəhər nümunəsidir".

Moderator.az xəbər verir ki, bu fikirləri Esvatini Kralı III Msvati Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

Rəsmi Bakıya qonaqpərvərliyə və yüksəksəviyyəli təşkilatçılığa görə təşəkkür edən kral qeyd edib ki, mənzil beton və poladdan ibarət deyil, həmçinin insan ləyaqəti, təhlükəsizlik, sabitlik və ümid deməkdir.

Kral ölkəsinin təcrübəsindən də danışıb:

"Esvatini hökuməti əlçatan mənzil, keyfiyyətli infrastruktur və ekoloji dayanıqlılıq istiqamətində geniş proqramlar həyata keçirir. 2025-ci ildə istifadəyə verilmiş "Strategiya 2030" proqramı Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə hazırlanıb".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
moderator.az

2Mənbələr