AZ

Meksika pavilyonunun açılışı olub

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Urban Expo" sərgisində Meksika pavilyonunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Meksikanın hökumət nümayəndələri ilə yanaşı, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax da iştirak edib.

Tədbirdə WUF13 çərçivəsində keçirilən müzakirələrin əhəmiyyətindən bəhs olunub, yaşayış məskənlərinin insan və təbiət üçün yararlı olmasına xidmət edəcək addımlardan danışılıb, pavilyonun hər kəsin şəhərlərin bütün imkanlarından bərabər şəkildə istifadə hüququnu əks etdirdiyi vurğulanıb. 2028-ci ildə Ümumdünya Şəhərsalma Forumunun 14-cü Sessiyasının Meksikanın Mexiko şəhərində keçiriləcəyi diqqətə çatdırılıb və bu prosesdə Bakı şəhərinin təcrübəsindən yararlanmağın mühüm əhəmiyyət daşıdığı bildirilib.

Daha sonra pavilyonla tanışlıq olub.

Dayanıqlı şəhərsalma ilə bağlı təşəbbüs və təcrübələrin nümayiş etdirildiyi pavilyonda WUF14-ə hazırlıq prosesində regional əməkdaşlığın möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - İlqar Cəfərov
Seçilən
19
1
azertag.az

2Mənbələr