AZ

Jali Muaddib "Qarabağ"da - rəsmi

"Qarabağ" fransalı vinger Jali Muaddibi transfer edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 7 nömrəli formanı geyəcək.

Jalinin son klubu Cənubi Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Muaddib Fransanın U-19 milli komandasının da formasını geyib.

Seçilən
6
5
football-plus.az

10Mənbələr