AZ

İrakli Kobaxidze: “Bakı Supsa sazişi Gürcüstana milyonlarla dollar gəlir gətirəcək“

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün nəticələrinə əsasən Azərbaycanla enerji sahəsində imzalanan sazişlərin əhəmiyyətindən danışıb.

Moderator.az-ın məlumatına görə, İ.Kobaxidze bu barədə sosial şəbəkə hesablarında yazıb.

"Azərbaycanla həm elektrik enerjisinin idxalı, həm də tranzit sahəsində çox mühüm saziş bağlanıb", - İ.Kobaxidze yazıb. O, həmçinin Bakı-Tbilisi-Supsa neft kəmərinə dair sazişin əhəmiyyətini vurğulayıb. "Bakı-Tbilisi-Supsa neft kəməri ilə bağlı saziş mühüm əhəmiyyət kəsb edir, onun əsasında ölkə hər il on milyonlarla (tranzitə görə dollar - red.) gəlir əldə edəcək", - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
5
moderator.az

6Mənbələr