AZ

Kiyev və Moskva arasında razılaşma olacaqmı? - Ukraynalı rəsmi şəxsdən açıqlama

Ukrayna prezidenti Volodimir Zelenskinin dediyi kimi, Ukrayna istənilən platformaya və istənilən danışıqlara hazırdır. Amma ruslar bunu istəmir.

Musavat.com xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini, icmalar və ərazilərin inkişafı üzrə naziri Oleksiy Kuleba WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib: “Bu qış Ukrayna üçün ən ağır qış oldu. Ruslar Kiyevdəki iri istilik stansiyalarına hücumlar etdilər. Mənfi 25 dərəcə soyuqda paytaxt Kiyevdə 220 mindən çox insan istiliksiz qaldı. Təkcə bu fakt rusların davranışını anlamağa kömək edir”.

Nigar Həsənli, Musavat.com

 

Seçilən
24
musavat.com

1Mənbələr