AZ

Liviya beynəlxalq əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır - Məhəmməd Yunis əl-Mənfi

Liviya urbanistik çağırışların həlli üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.

Olaylar xəbər verir ki, bunu Liviya Dövlətinin Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində liderlər sammitində çıxışı zamanı deyib.

"Şəhər çağırışlarının aradan qaldırılması beynəlxalq tərəfdaşlıqların gücləndirilməsini, bilik və texnologiyaların ötürülməsini, həmçinin inkişaf etməkdə olan ölkələr üçün ədalətli və çevik maliyyələşdirmə mexanizmlərinin təmin olunmasını tələb edir", - deyə o vurğulayıb.

O əlavə edib ki, bu, Dayanıqlı İnkişaf Məqsədlərinin və Yeni Şəhər Gündəliyinin daha səmərəli və ədalətli şəkildə həyata keçirilməsi üçün zəruridir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
1
olaylar.az

2Mənbələr