AZ

Hakan Fidan: Aİ üzvlük prosesi siyasi təsirlərdən uzaq aparılmalıdır

Xarici işlər naziri Hakan Fidan Almaniyada həmkarı Johann Wadephul ilə görüş keçirib və görüşdən sonra birgə mətbuat konfransı təşkil olunub.

Turkustan.az xəbər verir ki, nazir bildirib ki, Türkiyənin Avropa İttifaqı ilə münasibətlərində əsas gözlənti üzvlük prosesinin siyasi motivlərdən uzaq, ədalətli və obyektiv şəkildə aparılmasıdır. O, eyni zamanda ikitərəfli əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Fidan Türkiyə–Almaniya münasibətlərinə də toxunaraq Almaniyanın Türkiyənin Avropada ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edib və iki ölkə arasında ticarət dövriyyəsinin 60 milyard dollara çatdırılmasının hədəfləndiyini bildirib.

Nazir həmçinin ABŞ ilə İran arasında davam edən danışıqlara münasibət bildirərək əsas prioritetin atəşkəsin qorunması olduğunu qeyd edib. O, İsrail tərəfindən hücuma məruz qalan “Sumud” donanmasında olan Türkiyə vətəndaşlarının azad edilməsi üçün diplomatik səylərin davam etdiyini də vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
16
1
turkustan.az

2Mənbələr