AZ

WUF13 iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, qonaqlar arasında Suriyanın ictimai işlər və mənzil inşaatı naziri, Dəməşq şəhərinin qubernatoru və Ruandanın paytaxtı Kiqali şəhərinin meri yer alıb. Qonaqları salamlayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" mərkəzlərinin fəaliyyət konsepsiyası və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə ətraflı məlumat verib. Görüşdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanın beynəlxalq brendinə çevrilmiş "ASAN xidmət" modelini ən yaxşı təcrübə kimi dəyərləndirdiyi və dörd qitədə təşviq etdiyi vurğulanıb. Suriya nümayəndə heyəti "ASAN xidmət" təcrübəsinin qısa müddətdə Suriya Ərəb Respublikasında tətbiqində maraqlı olduqlarını bildirərək, bu istiqamətdə Azərbaycanın dəstəyini xahiş edib. Ruanda rəsmiləri ilə görüşdə isə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılmasına dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxs və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Seçilən
1
3
Ajans.az

4Mənbələr