AZ

Emin Əmrullayev Microsoft un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Microsoft" şirkətinin Qlobal Təhsil üzrə direktoru Dina Qobaşi arasında ikitərəfli görüş keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Görüş zamanı təhsil sahəsində rəqəmsal transformasiya, süni intellekt həllərinin tədris prosesinə inteqrasiyası, müəllimlərin rəqəmsal bacarıqlarının inkişafı və innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər həmçinin "Microsoft" şirkətinin Azərbaycanda həyata keçirdiyi təşəbbüslərə də toxunublar. Şirkət tərəfindən "Rəqəmsal məktəb"də tətbiq edilən imkanların genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Mayın 18-də Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Microsoft" şirkətinin Qlobal Təhsil üzrə direktoru Dina Qobaşi arasında ikitərəfli görüş keçirilib.Görüş zamanı təhsil sahəsində rəqəmsal transformasiya, süni intellekt həllərinin tədris… pic.twitter.com/6iPmTedtR7

— Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (@tehsilgovaz) May 18, 2026

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
9
baku.ws

10Mənbələr