ain.az, Yenisabah portalına istinadən məlumat yayır.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "APA-Economics"ə ADY-dən məlumat verilib.
“Verilmiş tapşırığa əsasən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır", - ADY-dən bildirilib. Dominos pizza
ADY müzakirənin təfərrüatlarını açıqlamayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.