AZ

"Avropa dövlətləri Türkiyə ilə əməkdaşlığın yollarını axtarır"

Yazını böyüt
Yazını kiçilt

Avropa dövlətləri Türkiyə ilə əməkdaşlığın yollarını axtarır.

Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra xalqa müraciəti zamanı deyib.

"Türkiyənin müdafiə sənayesinə maraq artıb", - deyə o, bildirib.

O, eyni zamanda əlavə edib ki, İstanbulda Avropanın ən böyük hərbi sərgisi olan "SAHA 2026"nın diqqətlə izlənilməsi bunun isbatıdır:

"İllərlə bizi yox sayanlar, bizi ciddi qəbul etməyənlər, bizə xəstə adam münasibəti göstərənlər Türkiyənin uğurları qarşısında heyranlıqlarını gizlədə bilmirlər. Türk müdafiə sənayesi bütün dünyanın qibtə ilə izlədiyi bir inkişaf yolu keçir".

Seçilən
20
7
hafta.az

9Mənbələr