ain.az bildirir, Fanat saytına əsaslanaraq.
Belçika təmsilçisi "Klub Brügge" yay transfer pəncərəsində yunanıstanlı vingeri Xristos Dzolis üçün rekord məbləğ tələb etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, 24 yaşlı istedadlı hücumçunun xidmətində İngiltərənin "Aston Villa" və "Mançester Yunayted", həmçinin İtaliyanın "Yuventus" klubları yaxından maraqlanır.
Belçikanın "GVA" nəşrinin yaydığı məlumata əsasən, oyunçunun transferini reallaşdırmaq istəyən hər bir klubun təklif edəcəyi məbləğ minimum 36 milyon avrodan başlamalıdır.
Yunanıstan millisinin də aparıcı üzvlərindən olan Dzolis üçün Avropa nəhənglərinin rəsmi danışıqlara mövsümün sonunda başlayacağı gözlənilir.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.