Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında sonuncu turun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
İki günü əhatə edəcək turun bütün görüşləri saat 16:00-da start götürəcək. Mayın 23-də bir oyun baş tutacaq. Turun qalan görüşləri isə ayın 25-də təşkil ediləcək.
Qeyd edək ki, çempionun taleyinə sonuncu turda aydınlıq gələcək. Hazırda “Sabah-2” 56 xalla zirvədə qərarlaşıbsa, “Qəbələ-2” 55 xala malikdir.
Əvəzedicilər Liqası
27-ci tur
23 may
“Neftçi-2” – “Şamaxı-2”
“Neftçi Futbol Mərkəzi (4-cü meydança)
25 may
“Kəpəz-2” – “Zirə-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança).
“Qəbələ-2” – “Qarabağ-2”
Qəbələ şəhər stadionu.
“Araz-Naxçıvan-2” – “Sabah-2”
Binə qəsəbə stadionu.
“Sumqayıt-2” – “Turan Tovuz-2”
“Sumqayıt Arena” (təbii meydança).
