AZ

WUF13-ün ikinci günü necə yadda qaldı?

Mayın 18-də Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü çərçivəsində bir sıra mühüm tədbirlər keçirilib.

WUF13-ün rəsmi açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar. Qarşılanma mərasimindən sonra birgə foto çəkdirildi.

Sonra UN-Habitat tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirildi və mədəni proqram təqdim olundu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi. O öz çıxışında 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçı olduğunu bildirmişdir. Eyni zamanda o bildirmişdir: “2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik.” İşğaldan azad olunmuş ərazilərin 5 il ərzində keçdiyi bərpa yolundan söz açan Prezident İlham Əliyev Azərbaycan hökumətinin hazırda prioritetində duran Böyük Qayıdış Proqramından ətraflı danışmışdır.

BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun açılış mərasiminə ünvanladıqları videomüraciətləri nümayiş etdirildi.

Açılış mərasiminin ardınca liderlərin bəyanatları səsləndirildi. WUF13 tədbirində iştirak edən ölkələrin liderləri çıxışları zamanı Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edərək, WUF13 tədbirinin yüksək səviyyədə təşkilini və Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi təşəbbüsləri müsbət qiymətləndiriblər.

Seçilən
8
12
publika.az

10Mənbələr