İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Liverpul" növbəti mövsüm üçün transfer çalışmalarını böyük büdcə ilə davam etdirir.
Fanat.Az xəbər verir ki, mersisaydlılar İspaniyanın "Barselona" klubunun fransalı müdafiəçisi Jül Kunde üçün rəsmi təklif hazırlayıb.
"Tribuna" portalının yaydığı eksklüziv məlumata görə, İngiltərə klubu transferi bitirmək məqsədilə Kataloniya təmsilçisinə tam 80 milyon avro dəyərində rəsmi təklif təqdim etməyi planlaşdırır.
Həm sağ bəq, həm də mərkəz müdafiəçisi mövqeyində üstün keyfiyyətləri ilə seçilən 27 yaşlı futbolçu, hazırda Kataloniya klubunun toxunulmaz oyunçularından biri hesab olunur. Statistika göstərir ki, Jül Kunde cari 2025/2026 mövsümündə "Barselona" forması ilə İspaniya La Liqasında 30 matçda meydana çıxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb, eyni zamanda UEFA Çempionlar Liqasında 90 faizi ötən dəqiq ötürmə faizi nümayiş etdirib.