AZ

“İran Azərbaycan və Türkiyəyə qarşı heç bir zərbə endirməyib" - Xameninin müşaviri

"Müharibə başlayandan bu günə qədər müxtəlif mərkəzlər İranı Azərbaycan və Türkiyə ilə üz-üzə gətirmək üçün əllərindən gələn hər şeyi etdilər”.

Missiya.Az xəbər verir ki, bunu İranın Ali Rəhbərinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi deyib.

“Biz Azərbaycana hər şeyi izah etdik və onlar da bunu anladılar. Azərbaycan İrana humanitar yardım göndərdi və müxtəlif təxliyə tədbirləri üçün humanitar dəhliz yaratdı. Bunun özü olduqca böyük addım və dəstəkdir. İran bunu yüksək dəyərləndirir”, - deyə o vurğulayıb.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
3
2
missiya.az

4Mənbələr