AZ

Mask "OpenAI" rəhbərinə qarşı məhkəmə qərarından apellyasiya şikayəti verəcək

BAKI, 19 may. TELEQRAF

Amerikalı sahibkar İlon Mask "OpenAI" rəhbəri Sem Altmana qarşı qaldırdığı iddia üzrə məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, İlon Mask bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Kaliforniya ştatının Oklend şəhərində yerləşən dairə məhkəməsinin iddianı rədd etməsi ilə razılaşmır.

“Doqquzuncu dairə üzrə apellyasiya məhkəməsinə müraciət edəcəyəm. Xeyriyyə təşkilatlarının talan edilməsinə presedent yaradılması ABŞ-də xeyriyyəçilik üçün dağıdıcıdır”, - Mask qeyd edib.

Qeyd edək ki, Mask 2024-cü ildə "OpenAI"ə qarşı məhkəmə iddiası qaldırmışdı. O, şirkət rəhbərliyini ilkin missiyadan uzaqlaşmaqda ittiham edib.

Maskın fikrincə, "OpenAI" əvvəlcə qeyri-kommersiya prinsipi əsasında fəaliyyət göstərməli olsa da, sonradan bu yanaşmadan imtina edib.

Seçilən
91
teleqraf.com

1Mənbələr