AZ

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Mənzil alarkən və ya yeni evə köçərkən çox vaxt qiymət və mənzərə ön plana çıxsa da, həyat keyfiyyətini təyin edən əsas amilin mərtəbə seçimi olduğu məlum olub. Aparılan araşdırmalar binalarda ən rahat və üstünlük verilən sahələri üzərfə çıxarıb.Demokrat.az xəbər verir ki, mütəxəssislərin rəylərinə əsasən, binaların orta mərtəbələri birinci və sonuncu mərtəbələrin mənfi tərəflərini sıradan çıxararaq ən ideal yaşayış sahəsi hesab olunur. Alt və üst hissəsi dolu olan bu mənzillər qışda daha asan qızır, yayda isə birbaşa günəş şüalarına məruz qalmadığı üçün sərinliyini qoruyur. Eyni zamanda orta mərtəbələr birinci mərtəbəyə nisbətən küçə səs-küyündən uzaq, sonuncu mərtəbəyə görə isə liftdən asılılıq baxımından daha rahatdır.Hər bir mərtəbənin özünəməxsus müsbət və mənfi tərəfləri var. Birinci mərtəbələr sürətli gediş-gəliş və təhlükəsizlik zamanı təxliyə asanlığı təqdim etsə də, səs-küy və gizliliyin azlığı ilə narahatlıq yaradır.

Sonuncu mərtəbə geniş mənzərə və sakitlik vəd etsə də, damın axma riski, yayda həddindən artıq qızma və lift asılılığı kimi çətinliklər doğurur. Orta mərtəbələr isə bütün bu risklərdən uzaq, balanslı rejim axtaranlar üçün ən optimal variant kimi önə çıxır.Ekspertlər bildirir ki, rahat mənzil axtarışında təkcə mərtəbənin rəqəminə deyil, binanın ümumi izolyasiyasına və baxdığı istiqamətə də diqqət yetirilməlidir. Yaşlılar və uşaqlı ailələr üçün aşağı mərtəbələr, mənzərə həvəskarları üçün yuxarı hissələr uyğun gəlsə də, riskdən qaçan və qənaətə önəm verənlər üçün orta mərtəbələr hər zaman daha yüksək tələb görür.Yəni, həm yayda, həm də qışda temperatur balansını qorumaq, səs-küydən uzaq olmaq və qənaət etmək istəyənlər üçün çoxmərtəbəli binalarda ən rahat yer orta mərtəbələr hesab olunur.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
demokrat.az

1Mənbələr