AZ

Restoranlardakı kimi dadlı qiymənin formulu Qum kimi dənə dənə olacaq

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Mətbəxdə hazırlanan dadlı yeməklərin sirri bəzən ərzaqlarda deyil, düzgün bişirmə üsulundadır. Bir çox insanın ortaq problemi olan, qazanda bir-birinə yapışan və topalaşan qiymələr artıq probleminiz olmayacaq.Demokrat.az aşpazların mətbəxdə tətbiq etdiyi, qiyməni qum kimi dənə-dənə edən üsulu təqdim edir.Qiymənin topalaşmaması üçün ilk növbədə tavanı yaxşıca qızdırmaq lazımdır. Soyuq tavaya tökülən ət dərhal suyunu buraxır. Bu da parçaların bir-birinə yapışaraq sərt kütlələr yaratmasına səbəb olur. Qazan yaxşıca qızdıqdan sonra qiyməni əlavə etmək ətin şirəsini daxilində saxlayır və onun asanlıqla dağılmasını təmin edir.Digər mühüm məqam isə yağın miqdarı və soğanların əlavə olunma sırasıdır. Çox yağ istifadə etmək qiymənin daha yaxşı dağılması demək deyil. Ət onsuz da bişərkən öz yağını buraxır. Qazana yalnız səthin yüngülcə yağlanması üçün az miqdarda duru yağ tökmək bəs edir. Eyni zamanda bir çox reseptlərdə əvvəlcə soğan qovrulsa da, dənə-dənə qiymə əldə etmək üçün bu sıranı dəyişmək lazımdır.Soğanı əvvəlcədən tökmək ətin sulanmasına və topalaşmasına yol açır. Ən yaxşı nəticə üçün qiymə tam qovrulub dənə-dənə olduqdan sonra doğranmış soğanları əlavə etmək lazımdır.Mətbəxdəki vərdişləri dəyişdirəcək ən fərqli addım isə çalma telindən istifadə etməkdir. Qaşıqla əzmək əvəzinə, qiyməni qazana tökdüyünüz andan etibarən çalma teli ilə qarışdıraraq bişirin. Telin incə ucları ət parçalarını bir-birindən ayıraraq iri topaların yaranmasının qarşısını alır. Qiymənin restoranlardakı kimi dənə-dənə olması üçün bişmə müddətində onu davamlı şəkildə qarışdırmaq lazımdır.Yəni, qiymənin bişərkən topalaşıb yapışmaması üçün onu mütləq yaxşıca qızdırılmış tavaya tökmək, qaşıq əvəzinə çalma teli ilə qarışdırmaq və soğanı ət tam qovrulub dənə-dənə olduqdan sonra əlavə etmək lazımdır.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
demokrat.az

1Mənbələr