AZ

WUF13-ün üçüncü gününə START VERİLDİ

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) üçüncü günü öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.

Forumun üçüncü gününün proqramı əsasən qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı və innovativ urbanizasiya modellərinə həsr olunub.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Həm ölkə başçılarının iştirakı sayı, həm də qeydiyyatdan keçən iştirakçı sayına görə WUF13 sözügedən forum tarixində ən yüksək göstəricilərindən biri kimi qiymətləndirilir.

Forum may ayının 22-ə qədər davam edəcək. 

Günay Şahmar, Bizim.Media

Seçilən
35
bizim.media

1Mənbələr