ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Süni intellekt (Sİ) platformaları və neyron şəbəkələr asılılıq yarada, xüsusilə psixikası stabil olmayan insanlar üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər.Bizim.Media xəbər verir ki, mütəxəssislər süni intellektlə uzunmüddətli ünsiyyətin insan beyninə və mental sağlamlığına təsirləri barədə xəbərdarlıq ediblər.Ekspertin fikrincə, neyron şəbəkələrin əsas alqoritmi istifadəçini mümkün qədər uzun müddət platformada saxlamaq üzərində qurulub. Bu isə insanı virtual ünsiyyət prosesinə çəkərək real dünyadan qopara və güclü asılılıq yarada bilər."Süni empatiya" və mental böhranAraşdırmalar göstərir ki, maşınla emosional bağ qurmaq insan orqanizminə birbaşa təsir etməyə başlayır. Süni intellektin istifadəçiyə "xoş gəlmək" və onun fikirlərini təsdiqləmək mexanizmi bəzən tərs reaksiya verir. Belə ki, Sİ insanın neqativ və ya depressiv düşüncələrini də dəstəkləyə, onu daha da destabilizə edəcək məlumatlar təklif edə bilər.Bu proses aşağıdakı ciddi problemlərə yol açır:Müxtəlif mental pozuntular və psixoloji gərginlik;Subyektivlik böhranı (insanın özünü cəmiyyətdə lazımsız və funksiyasız hiss etməsi);Real ünsiyyət bacarıqlarının itirilməsi.Mütəxəssis xatırladır ki, bu cür təhlükələrdən qorunmaq üçün süni intellektə yalnız bir iş aləti kimi yanaşmaq, onunla məsafəni qorumaq və tənqidi təfəkkürü inkişaf etdirmək həyati vacibdir.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.