AZ

SpaceX bazasında bədbəxt hadisə

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-nin Texas ştatında yerləşən "SpaceX" şirkətinin bazasında iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə yerli rəsmilərə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına əsasən, hadisə cümə günü qeydə alınıb. "Starbase" kompleksinin inkişaf etdirilməsi üzərində işləyən "SpaceX" podratçılarından birinin əməkdaşı yıxıldıqdan sonra vəfat edib.

Qeyd olunur ki, son illər ərzində "SpaceX" "Starship" kosmik gəmisinin prototipinin buraxılışlarını daha tez-tez icra etməyə imkan verəcək infrastrukturun qurulması da daxil olmaqla, bazanın təkmilləşdirilməsi prosesini sürətləndirib. "Starship"in növbəti sınaq uçuşu mayın 20-nə təyin edilib. İstehsalçı şirkətin planlarına görə, universal olacaq "Starship" kosmik sisteminin digər versiyalardan fərqi Yer orbitinə insanlı uçuşlar, peyklərin kosmosa çıxarılması, Ay və Mars missiyaları, eləcə də daha uzaq səma cisimlərinə səyahətlər üçün istifadə olunmasının mümkünlüyüdür.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr