AZ

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı güzəşt müddətini uzadıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Rusiyadan neft tədarükünə tətbiq edilən sanksiyaları 17 iyun tarixinə qədər ləğv edib.

Banco.az xəbər verir ki, müvafiq ümumi lisenziya ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc edilib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, müqavilə 17 apreldən əvvəl gəmilərə yüklənmiş xam neft və ya neft məhsullarının satışı, çatdırılması və ya boşaldılması ilə bağlı əməliyyatlara aiddir.

Seçilən
14
banco.az

1Mənbələr