Mavriki Respublikasının Prezidenti Daramber Qoxul mayın 19-da Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
"Far.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.