AZ

“Siti”də Qvardiola dönəmi bitir: Bu tarixdə rəsmən açıqlanacaq

Pep Qvardiola mövsümünün sonunda “Mançester Siti”nin baş məşqçisi postunu tərk edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

55 yaşlı mütəxəssisin gedişinin mayın 24-də, bazar günü rəsmən açıqlanması planlaşdırılır. Məqsəd ispaniyalı mütəxəssisi İngiltərə Kubokundakı qələbəyə həsr olunacaq parad zamanı təntənəli şəkildə yola salmaqdır. Bayram tədbiri mayın 25-də keçiriləcək.

“Şəhərlilər” artıq sponsorlarını da məlumatlandırmağa başlayıblar ki, kataloniyalı çalışdırıcının mövsümün sonunda ayrılması qaçılmazdır.

Qvardiolanı əvəz edəcək namizədlər arasında “Çelsi”nin sabiq baş məşqçisi Entso Mareska və hazırda “Bayern”i çalışdıran Vensan Kompani göstərilir.

Seçilən
16
publika.az

1Mənbələr