AZ

İran ABŞ və müttəfiqlərinə yeni hücum barədə sərt xəbərdarlıq edib

Tehran istənilən təcavüzə güclü cavab verəcəyini bəyan edib...

Poliqon xəbər verir ki, İran ABŞ-ni və onun müttəfiqlərini ölkəyə qarşı yeni strateji səhvlərə yol verməməyə çağırıb. İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdullahi Fars Agentliyinə açıqlamasında bildirib ki, Tehran düşmənlər tərəfindən həyata keçiriləcək istənilən yeni hücuma qətiyyətlə və tam gücü ilə cavab verəcək.

"Biz yenidən ABŞ-ni və onun müttəfiqlərini strateji səhvlərə və hesablamalarda yanılmağa yol verməməyə xəbərdar edirik. Onlar başa düşməlidirlər ki, İran və onun silahlı qüvvələri tam hazırlıq vəziyyətindədir. İndi onlar əvvəlkindən daha güclüdür. Düşmənlər tərəfindən həyata keçiriləcək istənilən yeni hücuma qətiyyətlə və tam gücü ilə cavab veriləcək", deyə general-mayor Abdullahi ABŞ-yə və müttəfiqlərinə birbaşa müraciət edərək vurğulayıb

Qeyd edək ki, bu açıqlama regionda gərginliyin artdığı bir dövrə təsadüf edir. Tehranın bu cür sərt tonda bəyanatlar verməsi İranın hərbi-siyasi rəhbərliyinin xarici təzyiqlərə qarşı möhkəm mövqeyini bir daha nümayiş etdirir.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr