AZ

Simonyan: Dron hücumlarına görə uşaqlarım bir aydır dəhlizdə yatır VİDEO

ain.az bildirir, Bizim media portalına istinadən.

"RT" telekanalının baş redaktoru Marqarita Simonyan pilotsuz uçuş aparatlarının (PUA) Moskva və ətraf regionlara təşkil etdiyi mütəmadi hücumların onun ailəsinə birbaşa təsir göstərdiyini bildirib.Bizim.Media xəbər verir ki, bu barədə o, "Rossiya 1" telekanalında yayımlanan tok-şou zamanı danışıb.Simonyan dron təhlükəsi səbəbindən yaşadıqları qorxu və narahatlığı dilə gətirib:"Pilotsuz uçuş aparatları uçur. Bu həm xoşagəlməzdir, həm də qorxuludur. Mənim uşaqlarım artıq bir aydır ki, təhlükəsizlik məqsədilə dəhlizdə və qarderob otağında yatırlar. Bəli, bu, həqiqətən də belədir".O, eyni zamanda çıxışı zamanı bu cür hücumların hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmədiyini və yalnız psixoloji gərginlik yaratmağa xidmət etdiyini iddia edib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bizim.media

2Mənbələr