AZ

Rubl rekord həddə bahalaşdı: Ekspertlər xəbərdarlıq etdi

Rusiya rublu son üç ilin ən yüksək səviyyəsinə yüksəlsə də, ekspertlər yay aylarından etibarən vəziyyətin dəyişə biləcəyini bildirirlər.

Publika.az “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, analitiklərin fikrincə, rublun hazırkı möhkəmlənməsi Yaxın Şərqdəki müharibə fonunda baş verir.

Mütəxəssislər qeyd edirlər ki, rubla dəstək verən əsas amillərdən biri yüksək faiz dərəcəsidir. Bu, investorların rubl aktivlərinə marağını artırır. Eyni zamanda idxalın azalması da milli valyutanın möhkəmlənməsinə təsir göstərir.

Rusiya Mərkəzi Bankının mayın 18-nə müəyyən etdiyi rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 73,13 rubl (təxminən 1 manat 71 qəpik) təşkil edib. Bu göstərici 2023-cü ilin fevralından bəri ən aşağı səviyyə sayılır.

Mart ayının ortalarınadək dollar/rubl məzənnəsi 75,7-79 rubl diapazonunda dəyişib. Daha sonra qısa müddət ərzində dollar 84,8 rubla qədər yüksəlib.

Seçilən
19
publika.az

1Mənbələr