Azərbaycan II Liqasında 2025/2026 mövsümünün qalibi müəyyənləşib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, çempionatın sonuncu, XXVII turunda səfərdə “Şəmkir” üzərində 1:0 hesablı qələbə qazanan "Xankəndi" mövsümü çempion kimi başa vurub.
Xallarının sayını 76-ya çatdıran komanda növbəti mövsümdə birbaşa I Liqada çıxış etmək hüququ əldə edib.Mövsümü 71 xalla ikinci pillədə tamamlayan "Qaradağ Lökbatan" isə I Liqaya yüksəlmək uğrunda pley-off mərhələsində mübarizə aparacaq.
"Lökbatan" təmsilçisi I Liqanı 9-cu sırada başa vuracaq komanda ilə qarşılaşacaq. İki oyunun nəticəsinə əsasən qalib gələn tərəf, gələn mövsüm I Liqada iştirak hüququ qazanacaq.
“Cebheinfo.az”