AZ

Bakı Tiflis sərnişin qatarının fəaliyyətə başlaması bütün vətəndaşlarımız üçün faydalı və sevincli xəbərdir

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı-Tiflis-Bakı xətti üzrə sərnişin qatarlarının fəaliyyəti 26 maydan etibarən bərpa olunacaq. İllərdir gözlənilən məsələ nəhayət ki, rəsmiləşdi. Borçalıdakı soydaşlarımız və ora kökənli vətəndaşlarımız Azərbaycan-Gürcüstan arasındakı quru yolunun bağlı olmasına görə ötən 5 ildən artıq müddətdə çox əziyyət çəkdilər. Sərnişin qatarının yenidən işə başlaması bu istiqamətdə olan böyük çətinlikləri qismən də olsa aradan qaldırmağa kömək edəcək. İnşallah ki, bilet qiymətləri gələcək sərnişinləri məyus etməyəcək. Bakı-Tiflis sərnişin qatarının fəaliyyətə başlaması ümumilikdə bütün vətəndaşlarımız üçün faydalı və sevincli xəbərdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
newscenter.az

2Mənbələr