AZ

Rusiya və ya İranı dəstəkləyənlərə dəstək verilməyəcək

Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın sözlərinə görə, inkişaf etməkdə olan ölkələr Rusiya və ya İranı dəstəkləsələr, onlara dəstəyi azalda bilər.

Hafta.az xəbər verir ki, bu barədə xarici mətbuat yazıb. "Əgər tərəfdaş Rusiyanı və ya İranı dəstəkləyirsə, onlar bu halda qarşılıqlı əlaqəmizi yenidən qura bilməyimiz üçün çeviklik nümayiş etdirməlidirlər", - deyə KİV Kallasın sözlərindən sitat gətirib. 

Qeyd olunur ki, Kallas yeni yanaşmanın siyasətdə necə təsbit edilə biləcəyini dəqiqləşdirməyib.

Onun sözlərinə görə, Aİ davamlı yardımla öz maraqlarını qorumaq arasında tarazlığı qorumalıdır.

Seçilən
24
1
hafta.az

2Mənbələr