AZ

Xorvatiyadan İsrailə ağır zərbə

Xorvatiya Prezidenti Zoran Milanoviç İsrailin Zaqrebdəki yeni səfiri vəzifəsinə təklif etdiyi Nissan Amdurun ölkəsinə təyinatını təsdiqləməyəcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Xorvatiya Prezident Administrasiyasının yaydığı yazılı açıqlamada, Milanoviçin İsrailin yeni Zaqreb səfiri təklifinə dair qərarı ictimaiyyətlə paylaşılıb.

Bildirilib ki, Milanoviç İsrail tərəfindən yeni səfir kimi irəli sürülən Amdurun təyinatını təsdiqləməyəcək və bu qərarın İsrailin mövcud siyasətləri səbəbindən verildiyi vurğulanıb.

Qeyd olunub ki, Milanoviç qərarını dəyişməyəcək. İsrailin Zaqrebdəki səfiri Gary Korenin səlahiyyət müddətinin başa çatdığı, Amdurun isə yalnız müvəqqəti işlər vəkili statusunda fəaliyyət göstərə biləcəyi bildirilib.

Yerli mediada yayılan xəbərlərdə qeyd edilib ki, Xorvatiyada ilk dəfədir bir səfir təyinatına təsdiq verilmir. Milanoviç daha əvvəl də Korenin açıqlamalarına reaksiya göstərmiş və onu Prezident Administrasiyasına çağırmışdı.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr