AZ

Xüsusi nümayəndə: "Şuşa və Trabzon şəhərləri bu gün qardaşlaşacaq"

Hazırda Şuşada daha 3 yaşayış kompleksinin inşası üzrə işlər aparılır, ümumilikdə 43 binadan ibarətdir.

APA xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, binalar 5 mərtəbədən yüksək deyil.

Aydın Kərimovun sözlərinə görə, bu, şəhərin görüntüsünə xələl gətirməmək məqsədi daşıyır: “Hazırda Şuşada 450 mənzildən ibarət 23 yaşayış kompleksində 377 ailə-1411 nəfər sakin yaşayır”.

Xüsusi nümayəndə diqqətə çatdırıb ki, Xankəndi ilə Şuşa arasında kanat yolunun inşası nəzərdə tutulur və artıq layihələndirmə işləri gedir: “Səfər 12 dəqiqədən çox olmayacaq. Bu, hər iki şəhərin turizm potensialıma mühüm töhfə verəcək. Şuşa turizm və mədəniyyət paytaxtı kimi bir çox yerli və beynəlxalq tədbirlərə ev sahibliyi də edir. Şuşa 9 şəhərlə qardaşlaşıb. Bu gün bizim qardaş Türkiyənin Trabzon şəhəri ilə də qardaşlaşma memorandumu imzalanacaq, beləliklə, qardaşlaşmış şəhərlərin sayı 10-a çatacaq”.

"Cebheinfo.az"

Seçilən
10
5
cebheinfo.az

5Mənbələr