AZ

Kaliforniya məhkəməsi İlon Maskın OpenAI və Sem Altmanla bağlı iddiasını rədd edib

Kaliforniyada münsiflər heyəti İlon Maskın OpenAI və şirkətin baş direktoru Sem Altmana qarşı qaldırdığı iddianı rədd edib.

Məhkəmə qərarında bildirilib ki, Mask iddianı qanunla müəyyən edilmiş müddət bitdikdən sonra təqdim edib və iş yekdil qərarla bağlanıb.

Mask Altmanı qeyri-kommersiya razılaşmasını pozmaqda ittiham edərək, OpenAI-yə 38 milyon dollar ianə etdikdən sonra şirkətin kommersiya qurumuna çevrildiyini iddia edib. O bildirib ki, Altman ianəni qəbul etdikdən sonra OpenAI-nin bəşəriyyətin rifahı üçün süni intellekt texnologiyalarının inkişafı missiyasından uzaqlaşıb.

OpenAI isə məhkəmədə şirkətin süni intellekt texnologiyalarını inkişaf etdirmək üçün böyük maliyyə resurslarına ehtiyac duyduğunu və bu səbəbdən kommersiya modelinə keçidin zəruri olduğunu bildirib.

Sem Altman ifadəsində qeyd edib ki, İlon Mask OpenAI-nin kommersiya şirkətinə çevrilməsi ideyasını dəstəkləyib və uzunmüddətli perspektivdə şirkət üzərində nəzarət əldə etmək istəyib.

Məhkəmə həmçinin Maskın Microsoft və OpenAI-yə qarşı digər iddialarının da əvvəlki məhkəmə qərarları nəzərə alınaraq rədd edildiyini bildirib.

Aytac Zeynalova

Seçilən
0
1
anews.az

2Mənbələr