AZ

Müsəlman pasiyentlər üçün yeni STANDART: “Muslim friendly” könüllü TƏTBİQ OLUNACAQ

Roskachestvo Rusiya səhiyyəsində müsəlmanlara uyğun standartı tətbiq olunacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasına “Roskaçestvo”dan məlumat verilib.

İslam dinində qidalanma, gigiyena, məxfilik və gündəlik rejim ilə bağlı konkret formal tələblər mövcuddur. Müsəlman pasiyentlər tibb müəssisəsi seçərkən məhz bu amilləri nəzərə alırlar.

Rusiya təbabətinin keyfiyyəti və xarici vətəndaşların buna olan marağı nəzərə alındıqda, ölkənin dünya səhiyyə bazarında öz payını artırmaq üçün real rəqabət üstünlüyü mövcuddur.

“Muslim friendly” standartı (Müsəlmanlara uyğun standart) könüllü xarakter daşıyır və yalnız bunda kommersiya marağı görən təşkilatlar və sahibkarlar tərəfindən tətbiq edilir.

Qurumdan bildirilib ki, bu standartın “ümumilikdə tətbiqi”ndən söhbət gedə bilməz – bu, nəinki hüquqi cəhətdən qeyri-mümkündür, həm də praktik nöqteyi-nəzərdən məntiqsizdir.

Standartın məqsədi dini tələblərə uyğun xidmət göstərməklə pasiyentlərin etimadını və rahatlığını təmin etməkdir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
36
interpress.az

1Mənbələr