AZ

"Əhali getdikcə yaşlanır, mənzil həlləri fərqli olmalıdır" -

"Əvvəllər bir evdə orta hesabla 5 nəfər yaşayırdısa, bu gün bu rəqəm 2.8-ə düşüb. Proqnozlar da bunu göstərir. Hamımız bilirik ki, əhali getdikcə yaşlanır. Buna görə də bu gün hazırladığımız həllər əvvəlkilərdən fərqli olmalıdır".Mətbuat.az xəbər verir ki, bu fikirləri BMT-nin nümayəndəsi, çilili memar, urbanistika və dayanıqlı şəhər inkişafı üzrə professor və tədqiqatçı Marqarita Qrin Ümumdünya Şəhərsalma Forumunun üçüncü günündə “Qlobal Mənzil Böhranı: Plan Nədir? adlı panel müzakirələrdə çıxışı zamanı deyib. Professor vurğulayıb ki, ailələr əvvəlki kimi çoxuşaqlı deyil, insanlar daha fərqli yaşayır, təhsil səviyyəsi əvvəlki onilliklərlə müqayisədə daha yüksəkdir:"İndi cəmiyyət daha az kənd təsərrüfatı yönümlüdür. Buna görə də diqqəti “mənzil probleminin dörd səviyyəsi”nə yönəltmək istəyirəm.Bu ev, məhəllə, şəhər və ərazi məsələsidir. Bu dörd sahənin hər biri əvvəlki nəsillə müqayisədə müasir cəmiyyət üçün tamamilə fərqli çağırışlar yaradır".Spiker hesab edir ki, Latın Amerikası bu baxımdan fərqli bir nümunədir:"Məsələn, bu gün orada evlər daha kiçikdir, sakinlər daha yaşlıdır və ailələrdə uşaqların sayı azdır. Yəni ev anlayışı dəyişib.Məhəllələrə gəlincə, Latın Amerikasında güclü icma ənənəsi olub. Həssas qruplar üçün əsas dayaq həmişə qonşuluq və icma dəstəyi idi. İnsanlar problemlə qarşılaşanda bir-birinə kömək edirdi. Amma bu gün icmalar ciddi problemlərlə üzləşir. Dövlət qeyri-rəsmi yaşayış məntəqələrindən çəkildikdə və orada fəaliyyət göstərmədikdə, yaranan boşluğu çox vaxt mütəşəkkil cinayətkar qruplar doldurur.Hesab edirəm ki, bu zaman vəziyyət daha da pisləşə bilər".

Gülbəniz Hüseynli /Mətbuat.az

Seçilən
15
metbuat.az

1Mənbələr