“Neftçi” klubu qapıçı Emil Balayevlə bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi təcrübəli qolkiperi heyətdə saxlayacaq.
Rəhbərlik artıq Balayevlə ilkin razılıq əldə edib. Yaxın günlərdə onunla yeni müqavilə bağlanacaq.
Qeyd edək ki, 2023-cü ildən “Neftçi”də çıxış edən Emil Balayev cəmi 5 oyunda meydana çıxıb.
Onun “Neftçi” ilə müqaviləsi mövsümün sonunda başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta