AZ

Qızıl bazarında ucuzlaşma var - VİDEO

Ötən aylarla müqayisədə qızılın qiymətində ucuzlaşma müşahidə olunur. Qızılın bir qramı təxminən 60 manat ucuzlaşıb.

AzNews.az Xəzər TV-yə istinadən xəbər verir ki, qızıl satışı ilə məşğul olanlar deyirlər ki, hazırda ən çox tələbat Türkiyə istehsalı olan məhsullaradır. Sözügedən qızılların bir qramı 175 manata satılır.

Qızılın alış qiymətində də ucuzlaşma müşahidə olunur. Əgər bir müddət əvvəl qramı 170 manata alınan qızıl hazırda 130 manata təklif edilir. Gümüşün qiymətində də enmə var.

Mütəxəssislərin sözlərinə görə, son günlər qiymətli metalların qiymətində müşahidə olunan azalmanın bir neçə səbəbi var. Bunlardan əsasları enerji qiymətlərinin artması, neftin bahalaşması, bu fonda inflyasiyanın davam etməsi, eləcə də dollara marağın yüksəlməsidir.

Seçilən
1
6
aznews.az

7Mənbələr