AZ

PAŞA Həyat Chenot Palace Gabala ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir

ain.az, Marja.az portalına istinadən məlumat verir.

“PAŞA Həyat Sığorta” ASC yeni strateji istiqaməti çərçivəsində regionun aparıcı sağlamlıq mərkəzlərindən biri olan "Chenot Palace Gabala" ilə əməkdaşlığa başladığını açıqlayıb. Mərkəz tibbi protokollar və aktiv uzunömürlülük (longevity) proqramları əsasında fəaliyyət göstərir.

Bu əməkdaşlıq "Həyatın Yaşam Sığortası" məhsulunun müştəriləri üçün yeni imkan yaradır: formalaşmış sığorta yığımlarını premium sağlamlıq proqramlarına yönləndirmək.

Proqram iştirakçıları üçün eksklüziv imtiyazlar paketi də nəzərdə tutulub. Bu paketə otaq kateqoriyası üzrə zəmanətli upgrade, VIP transfer xidməti, −110°C temperaturda bədənin tam krioterapiyası və fotobiomodulyasiya seansları daxildir. Qeyd edək ki, bu xidmətlər standart rezervasiya zamanı təqdim olunmur. Sığorta yığımlarının sağlamlıq mərkəzləri ilə bu cür inteqrasiya formatı Azərbaycanın həyat sığortası bazarında innovativ yanaşma hesab olunur.

"Biz həyat sığortasının gələcəyini yalnız maliyyə təminatı ilə məhdudlaşdırmırıq. Məqsədimiz müştərilərimizin daha sağlam və keyfiyyətli həyat tərzinə dəstək olmaqdır. Biz ardıcıl şəkildə həyat sığortası bazarını transformasiya edirik — maliyyə təminatından müştərilərin sağlamlığına, rifahına və uzunömürlülüyünə yönəlmiş investisiyalara doğru.

Chenot Palace Gabala ilə tərəfdaşlıq həyat sığortası ətrafında yeni dəyər ekosisteminin formalaşdırılması və Azərbaycanda sığorta mədəniyyətinin inkişafı istiqamətində mühüm addımdır", — "PAŞA Həyat"ın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova bildirib.

PAŞA Həyat şirkəti həyat sığortası bazarının inkişafına yönəlmiş təşəbbüslər həyata keçirir və tərəfdaşlıq əlaqələrini genişləndirir. Şirkət müştəriyönümlülük prinsiplərinə əsaslanaraq müştərilərin həyat keyfiyyətinin artırılmasına xidmət edən layihələri davamlı şəkildə inkişaf etdirəcək.

Bu xidmət "Həyatın Yaşam Sığortası" məhsulu ətrafında formalaşdırılan dəyər ekosisteminin genişləndirilməsi üzrə uzunmüddətli strategiyanın tərkib hissəsidir.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
4
marja.az

5Mənbələr