AZ

Jeffrey Sachs: Afrika 25 ildən sonra kənd təsərrüfatına əsaslanan qitə olmayacaq

Jeffrey Sachs: Afrika 25 ildən sonra bugünkü kimi kənd təsərrüfatına əsaslanan qitə olmayacaq.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı paneldə Davamlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN) direktoru Jeffrey Sachs deyib.

Onun sözlərinə görə, dünyanın müxtəlif regionlarında mənzil problemləri və urbanizasiya dinamikası bir-birindən ciddi şəkildə fərqlənir.

Jeffrey Sachs bildirib ki, Çili kimi ölkələrdə şəhər əhalisi növbəti 25 ildə sabit qalacaq, Saxaraaltı Afrikada isə şəhər əhalisi iki dəfədən çox artacaq.

Ekspert qeyd edib ki, bu artım şəhər məkanı, torpaq istifadəsi, layihələndirmə, tikinti və infrastruktur baxımından tamamilə yeni çağırışlar yaradacaq.

Onun sözlərinə görə, Afrika əhalisinin sürətlə şəhərlərə axını qaçılmazdır, çünki kənd təsərrüfatı mexanikləşir və gənclər kənd yerlərini tərk edir.

Jeffrey Sachs vurğulayıb ki, əsas sual urbanizasiyanın baş verib-verməyəcəyi deyil, bu artım üçün kifayət qədər iş yerlərinin və iqtisadi bazanın yaradılıb-yaradılmayacağıdır.

O əlavə edib ki, iqlim dəyişikliklərinə uyğunlaşma, rəqəmsallaşma, elektrik nəqliyyatı və bərabərsizlik kimi məsələlər bütün şəhərlər üçün ortaq çağırış olsa da, demoqrafik və iqtisadi fərqlər səbəbindən hər region üçün fərqli həll yolları tələb olunur.

Seçilən
42
3
apa.az

4Mənbələr