AZ

Xankəndidə 24 minə yaxın əhali YAŞAYIR

Ajans.az xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib. Xüsusi nümayəndə bildirib ki, gələn il Xocalıda Qarabağ Universitetinin kənd təsərrüfatı fakültəsinin binası tikilməyə başlanılacaq və növbəti illərdən tələbə qəbulu həyata keçiriləcək.

Elçin Yusubov diqqətə çatdırıb ki, bu ərazilərin bərpasında əsas maneə minalar idi: “Xankəndidə 1456, Ağdərədə 10 359, Xocalıda isə 9874 hektar ərazi minalardan və partlamamış sursatlardan təmizlənib".

Seçilən
6
8
Ajans.az

10Mənbələr