AZ

UN-Habitat-ın icraçı direktoru: Mənzil siyasətinə yalnız sosial ölçüdən yanaşmaq düzgün deyil

“Mənzil bir çox sistemlərin kəsişmə nöqtəsidir”.

APA xəbər verir ki, bunu bunu UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, mənzil siyasətinə yalnız sosial ölçüdən yanaşmaq düzgün deyil, çünki burada ekoloji, şəhərsalma və torpaq idarəçiliyi kimi mühüm amillər də rol oynayır:

“Mənzil bir çox müxtəlif sistemlərin kəsişmə nöqtəsində yerləşir. Mənzilə sosial perspektivdən baxmaq olar, amma burada ekoloji ölçü də var. Harada və necə tikinti aparıldığına diqqət yetirilməlidir”.

Natiq vurğulayıb ki, şəhər planlaşdırılması və urban sistemlərin düzgün işləməsi də mənzil siyasətinin ayrılmaz hissəsidir: “Şəhər planlarının və sistemlərinin mənzil üçün necə işlədiyi vacibdir. Məsələn, torpaq məsələsi kritik əhəmiyyət daşıyır”.

Çıxış zamanı Rossbax qeyd edib ki, belə genişmiqyaslı və kompleks məsələlərin uğurlu həlli üçün yüksək siyasi iradə və liderlik əsas şərtlərdən biridir: “Bizə ən yüksəksəviyyəli liderlik lazımdır. Əgər bu yoxdursa, məqsədlərə nail olmaq mümkün deyil.”

Natiq həmçinin tarixi təcrübələrə diqqət çəkərək bildirib ki, cəmiyyətlərin yoxsulluqdan çıxması, müharibə və böhranlardan bərpası prosesində mənzil siyasəti əsas başlanğıc nöqtələrindən biri olub: “Tarixə baxsaq, görərik ki, böyük əhali qruplarının yoxsulluqdan çıxarıldığı, yaxud böyük münaqişə və böhranlardan sonra bərpanın həyata keçirildiyi dövrlərdə mənzil əsas giriş nöqtəsi olub”.

O, xüsusilə müharibədən sonrakı Avropa nümunəsini xatırladaraq mənzil siyasətinin sosial və iqtisadi sabitliyin bərpasında mühüm rol oynadığını vurğulayıb.

Seçilən
7
3
apa.az

4Mənbələr