AZ

Vahid Hacıyev: Məcburi köçkünlərin qayıdışı üçün genişmiqyaslı yenidənqurma işləri aparılır

Keçmiş məcburi köçkünlərin qayıdışı üçün genişmiqyaslı infrastruktur işləri aparılır.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) III günü çərçivəsində təşkil olunan "Mənzilin Sosial və İqtisadi Gücü" mövzusuna həsr edilmiş tədbirdə deyib.

Vahid Hacıyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesi genişmiqyaslı və çoxşaxəli fəaliyyət tələb edir.

O qeyd edib ki, yalnız yaşayış evlərinin tikintisi deyil, eyni zamanda bütün sosial və mühəndis infrastrukturunun qurulması da böyük zaman və resurs tələb edir.

“Bir evin tikilməsi, yaşayış üçün torpaq sahəsinin hazırlanması vaxt tələb edir. Təsəvvür edin ki, məcburi köçkünlər üçün minlərlə evin tikilməsi, eyni zamanda səhiyyə sistemi, təhsil müəssisələri, yollar, dəmir yolları və digər infrastrukturun yaradılması nə qədər zaman aparır”, - o qeyd edib.

Vahid Hacıyev vurğulayıb ki, bütün bu işlər müəyyən müddət tələb etsə də, illərlə doğma yurdlarına qayıtmağı gözləyən insanlar prosesin daha sürətli həyata keçirilməsini istəyirlər:

“Qayıdışı gözləyən insanların isə vaxtı yoxdur. Onlar bu prosesin mümkün qədər tez başa çatmasını istəyirlər”.

Seçilən
1
3
aznews.az

4Mənbələr