AZ

UNV koordinatoru: ASAN modeli könüllülərə vətəndaş cəmiyyətinin bir hissəsi olmaq imkanı yaradır

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ASAN modeli könüllülüyü insanların gündəlik həyatına daxil edir, eyni zamanda könüllülərə vətəndaş cəmiyyətinin bir hissəsi olmaq imkanı yaradır.

Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Urbanizasiyada ASAN Modeli: Dövlət Xidmətlərinin və Könüllülüyün rolu” adlı tədbirdə BMT Könüllüləri Proqramının (UNV) Avropa və Mərkəzi Asiya üzrə regional koordinatoru Zarina Mirabdullayeva deyib.

O qeyd edib ki, bu, öyrənmək, ilk peşəkar addımlarını atmaq, insanlarla və icmalarla ünsiyyət qurmağı öyrənmək baxımından könüllülər üçün də çox yaxşı fürsətdir: “Məncə bu, çox gözəl təşkilatlanma formasıdır. Təsadüfi könüllülük əlbəttə ki, gözəldir. Amma düşünürəm ki, artıq daha sistemli, dövlət tərəfindən dəstəklənən, cəmiyyət tərəfindən dəstəklənən könüllülük modelinə keçməyin vaxtıdır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
icma.az

2Mənbələr