AZ

Xankəndi yeni Baş Plan əsasında 80 min nəfərlik şəhərə çevriləcək

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Xankəndidə Zəfər Tağının yerləşdiyi ərazidə qəzalı və yöndəmsiz tikililər mövcud olub.

XQ xəbər verir ki, o, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə səsləndirib.

“Elə qısa müddətdə həmin qəzalı tikililərin sökülməsini təmin etdik və Zəfər Tağı kimi möhtəşəm abidənin layihələndirilməsi və tikintisini həyata keçirdik”, – deyə xüsusi nümayəndə vurğulayıb.

Elçin Yusubov qeyd edib ki, hazırda Xankəndi şəhərinin yeni Baş Planı hazırlanır və sənəd təsdiqləndikdən sonra şəhərdə daha əsaslı tikinti işləri həyata keçiriləcək.

Onun sözlərinə görə, əvvəlki Baş Planda şəhərin əhali sayı 62 min nəfər nəzərdə tutulsa da, yeni plana əsasən Xankəndinin 80 min nəfərlik şəhər kimi inkişafı planlaşdırılır.

Xüsusi nümayəndə əlavə edib ki, şəhərdə həm yeni parklar salınır, həm də mövcud yaşıllıq zonalarının bərpası istiqamətində işlər görülür.

Seçilən
16
xalqqazeti.az

1Mənbələr